Вернуться назад Распечатать

“Qiymətləndirmə fəaliyyətində xidmətlərin keyfiyyəti” V Beynəlxalq Elmi-Praktik Konfrans

 “Dərya İqtisad Cəmiyyəti” İB-nin İdarə Heyətinin sədri i.f.d. İlqar Məmmədov, Qiymətləndirmə Təşkilatları Assosiasiyasının və Belarus Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “Dövlət Əmlak Komitəsinin Kadrların Hazırlanması, Təkmilləşdirilməsi və Yenidən Hazırlanması Mərkəzi” Dövlət Təhsil Müəssisəsinin dəvəti ilə 15-17 may 2024 cü il tarixində, Belarus Respublikasında keyfiyyət ilinə və Assosiasiyanın yaradılmasının 10 illiyinə həsr olunmuş “Qiymətləndirmə fəaliyyətində keyfiyyətli xidmətlər” mövzusunda V Beynəlxalq Elmi-Praktik Konfransda iştirak etmişdir. Konfrans Belarus Respublikasının Minsk şəhərindəki “Viktoriya” otelində keçirilmişdir. Konfrans zamanı qiymətləndirmə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, qiymətləndirmə fəaliyyətinin qanunvericiliklə tənzimlənməsi və digər məsələlər müzakirə edilmişdir.

Məruzə ilə  Qiymətləndirmə Təşkilatları Assosiasiyasının sədri Yurenya Svetlana Petrovna, “Dərya İqtisad Cəmiyyəti” İB-nin İdarə Heyətinin sədri Məmmədov İlqar Nəriman oğlu, “Milli Kadastr Agentliyi” Dövlət Unitar Müəssisəsinin baş direktoru Xil Mixail Alekseyeviç, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi yanında Qiymətləndirmə Fəaliyyəti Şurasının, Peşə Təhsili İnstitutunun rektoru Usova Yuliya Vladimirovna, Dövlət Əmlak Komitəsinin Kadrların Hazırlanması, Təkmilləşdirilməsi və Yenidən Hazırlanması Mərkəzinin direktoru dos., i.e.n. Borodenya Valeriy Anatolyeviç, Rusiya Federasiyası Ticarət və Sənaye Palatasının Peşəkar İxtisasların İnkişafı Fondunun baş direktoru Nikita Viktoroviç Pervuşin, Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının Dünya İqtisadiyyatı kafedrasının dosenti, i.e.n., dos. Mustafin Timur Abdulxalimoviç, Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının dünya iqtisadiyyatı kafedrasının prof.,  i.e.d. Xarlanov Aleksey Sergeyeviç və başqaları çıxış etmişdilər.